DÜNYA
Fransa hərbi məqsədlər üçün Gürcüstana 18 milyon avro yardım edəcək
Tbilisi, 8 noyabr, AZƏRTAC
Fransa hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 18 milyon avro yardım edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze parlamentin maliyyə-büdcə komitəsinin iclasında söyləyib.
Nazir müavini deyib ki, bu yardım Gürcüstanın 2019-cu il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində də əksini tapıb. Bu vəsait hesabına Gürcüstan Müdafiə Nazirliyinin 2019-cu il üçün maliyyələşməsi 55 milyon lari artırılıb. Fransa bu vəsaiti Gürcüstana 2015-ci ildə imzalanmış müqavilə əsasında ödəyəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]