DÜNYA


Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Bakı, 14 noyabr, AZƏRTAC

Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo ABŞ Prezidenti Donald Trampın Fransa və Prezident Emmanuel Makronun ünvanına səsləndirdiyi tənqidi tvitlərinə ingilis dilində şərh vermək qərarına gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Benjamen Qrivo nazirlər şurasının iclasının nəticələri ilə bağlı brifinqdə bu ərəfədə ölkədə terror aktlarının ildönümünün keçirildiyini qeyd edib və elementar nəzakət qaydalarını xatırladıb. “Mən bu tvitlər haqqında iki kəlmə deyəcəyəm. Dünən noyabrın 13-ü idi, biz üç il əvvəl Parisdə 130 vətəndaşımızın öldürülməsi hadisəsini xatırladıq. Buna görə də mən ingiliscə cavab verəcəyəm: сommon decency (adi nəzakət qaydası)”, - Qrivo belə deyib.

Noyabrın 13-də Donald Tramp özünün “Twitter” səhifəsində Amerika şərabına yüksək ixrac rüsumlarına görə Fransanı tənqid edən bir neçə qeyd yazıb. ABŞ Prezidenti, həmçinin Makronun ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün ümumi Avropa ordusunun yaradılması barədə ideyasını da tənqid edib, Fransa Prezidentinin reytinqinin aşağı olduğunu xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.