DÜNYA
Fransa ilə Yaponiya İrana kredit ayırmağı təklif edib
Tehran, 21 oktyabr, AZƏRTAC
Yaponiya və Fransa qarşılıqlı razılıq əsasında İrana 18 milyard dollar kredit vermək niyyətindədir. Lakin İran krediti almazdan əvvəl nüvə proqramının bərpasını dayandırmalı və ABŞ ilə danışıqlara başlamalıdır.
AZƏRTAC xəbər verir ki, Fransa və Yaponiya mətbuatında çıxan bu xəbər İranda ciddi qəbul olunub. İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bildirib ki, rəsmi Tehran sanksiyalar qüvvədə qaldığı müddətdə ABŞ ilə heç bir danışıq aparmayacaq: “Əgər ABŞ danışıqlara başlamaq istəyirsə sanksiyaları aradan qaldırmalıdır və İran tərəfi isə bu xoş addıma müsbət cavab verər. Digər tərəfdən isə tək Fransa yox, “nüvə razılaşmasında” iştirak edən Avropa dövlətləri imzalanan sazişə və əldə olunan razılaşmaya əməl etmədiklərinə görə İrana kredit deyil, kompensasiya (təzminat) ödəməlidir”.
Ə.Rəbbi deyib ki, sanksiyaların tətbiqi İrana milyardlarla dollar zərər vurub.
İran mətbuatı yazır ki, rəsmi Vaşinqton İran iqtisadiyyatının ağır vəziyyətə düşdüyünü görərək müttəfiqləri vasitəsilə pul təklif edərək Tehranı danışıqlara məcbur etmək istəyir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]