DÜNYA
Fransa karantin rejimindən yayınmaq üçün son şansa əl atır
Paris, 30 yanvar, AZƏRTAC
Təcrid olma rejimindən yayınmaq üçün özümüzə bir şans da verək. Qarşıdan gələn günlər yeni qaydaların tətbiqi baxımından “həlledici” olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri pandemiya ilə mübarizə məqsədilə yaradılmış müdafiə şurasının iclasından sonra Baş nazir Jan Kastaks televiziya vasitəsilə xalqa müraciət edərək elan edib.
Bildirib ki, zəruri hallar müstəsna olmaqla, Avropa İttifaqından kənar ölkələrdən Fransaya gəliş-gediş qadağan olunacaq. Avropa İttifaqı ölkələrindən gələnlər üçün PCR koronavirus testi məcburi olacaq. Həmçinin böyük ticarət mərkəzləri bağlanacaq. Bu qaydalar bazar günü saat 00:00-dan etibarən (fevralın 1-dən) qüvvəyə minir.
Beləliklə, Fransa hökuməti epidemiyanın sürətlə yayılmasının “təcrid olma rejiminin qanuni olaraq ortaya çıxdığını” inkar etməyib, sadəcə, qarşıdan gələn günlərin növbəti qadağa qaydalarının qəbulu üçün bir şans olduğunu deyib.
Baş nazir çıxışında bildirib ki, ölkədə sanitar qaydalara ciddi riayət olunmasına nəzarət məqsədilə polis və jandarmlar səfərbər olunacaqlar. Artıq ölkədə bir neçə vaxtdır danışılan karantin rejiminin yaxınlaşdığı hiss olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris