İDMAN
Fransa mətbuatı Avropa Oyunlarını işıqlandırmaqda davam edir
Bakı, 19 iyun, AZƏRTAC
Fransa mətbuatı birinci Avropa Oyunlarını işıqlandırmaqda davam edir. Bu ölkənin “BFM” və “L`Equipe21” televiziyalarının saytlarında, o cümlədən müxtəlif idman portallarında hər gün “Bakı-2015” ilə bağlı çoxlu sayda məlumat əldə etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, saytların çoxunda Oyunların gündəlik proqramı yerləşdirilir. Bu xəbərlər sosial şəbəkələrdə də paylaşılaraq daha geniş auditoriyaya çatdırılır.
Fransa Milli Olimpiya Komitəsi də Tvitter səhifəsində Oyunların gedişi ilə bağlı vaxtaşırı xəbərlər paylaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]