CƏBHƏ XƏBƏRLƏRİ


Fransa mətbuatı Ermənistanın son hərbi təxribatlarından yazır

Paris, 29 sentyabr, AZƏRTAC

Fransanın aparıcı mətbuat orqanlarında, radio və televiziya kanallarında Ermənistanın son hərbi təxribatlarına dair məlumatlar verilir.

AZƏRTAC xəbər verir ki, “Le Monde”, “Le Figaro”, “La liberation”, “Le Point” portallarında, eləcə də “France culture” radiosunda, “Franceinfo”, M6 televiziya kanallarında son günlər Dağlıq Qarabağdakı döyüşlər haqqında məlumatlar yayımlanır.

İnformasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Azərbaycan Ordusunun öz ərazisində döyüşməsinə, ölkəmizin ərazi bütövlüyünü qorumasına, haqq işi uğrunda mübarizəsinə dair fikirləri yer alıb.

Bildirilir ki, döyüşlər zamanı hər iki tərəfdən hərbçilər, eləcə də mülki əhali arasında itkilər olub. Otuz ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 mindən çox insan həlak olub, 1 milyon azərbaycanlı doğma yurdundan didərgin salınıb.

Televiziya kanallarında ekspertlər iki ölkənin iqtisadi durumunu da müqayisə edərək, Azərbaycanın regionda daha güclü orduya malik olduğunu xüsusi vurğulayırlar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.