DÜNYA


Fransa müdafiə büdcəsinə yenidən baxmaq niyyətindədir

Bakı, 30 iyun, AZƏRTAC

Fransanın hakimiyyət orqanları Afrika Sahelində və Ukraynada baş verən son hadisələri nəzərə alaraq yaxın vaxtlarda silahlı qüvvələrin maliyyələşdirilməsi və inkişafı ilə bağlı yeni qanun hazırlamaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron NATO-nun Madriddə keçirilmiş sammitinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Müharibənin Avropaya qayıtdığını deyərək köhnə müdafiə büdcəsini saxlamaq olmaz”, - deyə Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, 2019-2025-ci illəri əhatə edən əvvəlki müdafiə proqramında Avropada mümkün “intensiv müharibə” nəzərə alınmayıb və bu səbəbdən müdafiə büdcəsinə yenidən baxılmalıdır. Fransa Prezidenti bunun yaxın həftələrdə və ya aylarda baş verə biləcəyini deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.