DÜNYA


Fransa nüvə enerjisindən asılılığı azaltmağı planlaşdırır

Paris, 27 noyabr, AZƏRTAC 

Fransada nüvə enerjisindən asılılıq 2035-ci ilədək 50 faiz azaldılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Emmanuel Makron Fransanın çoxillik enerji proqramı ilə bağlı çıxışında bildirib. Qeyd edib ki, ölkədə 2030-cu ilədək 6, 2035-ci ilə qədər isə 14 reaktor bağlanılacaq.

“Sarı jilet” aksiyası iştirakçılarının qəzəbini yumşaltmağa çalışan Fransa Prezidenti yanacaq vergisinin neftin dünya qiymətlərinə uyğun olaraq artırılacağı fikrini də irəli sürərək yeni metodların tərtib edilməsinin vacibliyini vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.