DÜNYA


Fransa pandemiya səbəbindən 27 ölkəni “qırmızı siyahı”ya salıb

Paris, 17 iyul, AZƏRTAC

Fransa koronavirusun Delta ştamının sürətlə yayılmasının qarşısını almaq məqsədilə bəzi ölkələri “qırmızı siyahı”ya daxil edib.

AZƏRTAC xəbər verir ki, Siyahıda Əfqanıstan, Braziliya, Maldiv adaları, Pakistan, Rusiya, Seyşel adaları, Tunis, və İndoneziya kimi ölkələr var. Birləşmiş Krallıq, İspaniya, Portuqaliya, Kipr, Yunanıstan və Niderlanddan Fransaya daxil olanlardan ən azı 24 saatlıq koronavirus testi tələb edilir.

Fransanın Xarici İşlər Nazirliyinin internet səhifəsində koronavirus epidemiyası ilə bağlı riskli ölkələr təhlükəlilik dərəcələrinə görə müxtəlif rənglərdə təqdim olunur.

Şərqi Pireney departamentində axşam saat 23-dən səhər saat 6-dək yenidən komendant saatı tətbiq olunub. Maksa taxmaq məcburidir. Bu departamentdə yeni sanitar qaydalar iyulun 18-dən avqustun 2-dək davam edəcək.

Qeyd edək ki, iyulun 17-də günorta saatlarından Fransa ərazisində hökumətin yeni sanitar siyasətinə qarşı etiraz nümayişləri planlaşdırılıb. Sosial şəbəkələrdə bəzi şəxslər planlaşdırılmış nümayişlərə etirazlarını bildirirlər. Bəzi şəhərlərdə peyvənd mərkəzləri vandalizmə məruz qalıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.