DÜNYA


Fransa parlamentinin spikerinə qarşı qanunsuz varlanma ittihamı irəli sürülüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Fransanın Lill şəhərinin istintaq orqanları Fransa Milli Məclisinin (parlamentin aşağı palatası) spikeri Rişar Ferrana qarşı qanunsuz varlanma ittihamı irəli sürüblər. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “France Info” radiostansiyasının xəbərinə görə, ölkənin hakimiyyət iyerarxiyasında dördüncü şəxs olan spiker 14 saata yaxın müstəntiqlərə ifadə verib.

Xəbərdə qeyd olunur ki, Fransa parlamentinin nizamnaməsi bu cür prosedur keçirilməsinə icazə verir. Bu, R.Ferrana qarşı irəli sürülən ikinci analoji ittihamdır. 2019-cu ilin fevralında isə onun Bretani şəhərindəki evi qəsdən yandırılıb. Korrupsiya ittihamları da indiki spikerin keçmişdə bu şəhərin Regional Şurasının məsləhətçisi qismində fəaliyyəti ilə bağlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.