CƏMİYYƏT
Fransa portalı Azərbaycandakı Alban-Udi xristian dini icmasından yazıb
Paris, 18 yanvar, AZƏRTAC
Fransanın “Musulmansenfrance.fr” portalında Azərbaycandakı Alban–Udi xristian icmasından bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizdəki Alban-udi icması, udilərin tarixi, folkloru və kilsəsi haqqında ətraflı məlumat, həmçinin icmanın rəhbəri Rober Mobili ilə müsahibə yer alıb.
Bildirilib ki, Alban Apostol Kilsəsinin bərpası Azərbaycan dövlətinin və xalqının dini icmaların sərbəst fəaliyyətinə birgə dəstəyinin bariz nümunəsidir.
Qeyd edək ki, “Musulmansenfrance.fr” portalı ölkəmizdə mövcud müxtəlif dini icmalar haqqında silsilə məqalələr dərc edir. Məqsəd Azərbaycanın dünyəvi, çoxkonfessiyalı və çoxmədəniyyətli ölkə olduğunu təşviq etmək, eləcə də bütün dünyaya nümunə olan Azərbaycan tolerantlığını tanıtmaqdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris