CƏMİYYƏT


Fransa portalı Azərbaycandakı molokan icmasından yazıb

Paris, 16 yanvar, AZƏRTAC

Fransanın “Musulmansenfrance.fr” portalında “Azərbaycanın molokan icması” sərlövhəli məqalə dərc olunub. Məqalədə molokanların mənşəyi, tarixi haqqında məlumat verilir, onların Şərq xristianlarından olduğu göstərilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycana gələndən bəri molokanlarla yerli əhali arasında mehriban münasibətlər qurulduğu vurğulanıb.

Yazıda, həmçinin molokanların kompakt şəkildə məskunlaşdığı İvanovka kəndi, eləcə də ölkəmizin digər rayonlarında yaşayan molokanlar, onların dini inancları, yaşayış tərzi barədə ətraflı danışılıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.