Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransa portalı: Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat vermir

Fransa portalı: Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat vermir

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi Zeynab Kazımovanın Fransanın “www.musulmansenfrance.fr” xəbər portalında “Ermənistan hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir” sərlövhəli məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə əvvəlcə Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 18-də verdiyi açıqlamasında Azərbaycanı 44 gün davam edən müharibə zamanı Ermənistan tərəfindən qanunsuz olaraq döyüşənləri mühakimə etməkdə təqsirləndirdiyini bildirib və Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bununla məlumatını diqqətə çatdırıb. Jurnalist Azərbaycan tərəfinin istintaqında olan ermənilərin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamə imzalanandan sonra Azərbaycan ərazisinə daxil olan terror qruplaşmasının üzvü olduğunu qeyd edir. O, bildirir ki, bu qrupun təxribatçı fəaliyyəti nəticəsində 4 azərbaycanlı əsgər öldürülüb və bir mülki şəxs ağır yaralanıb.

“Təqsirləndirilən erməni əsilli Livan vətəndaşı, 44 günlük müharibə zamanı xarici hərbi muzdlu olaraq Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki Ermənistan vətəndaşı hazırda birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki şəxslərinə və əsgərlərinə işgəncə verməkdə günahlandırılır”, - deyə müəllif diqqətə çatdırır.

Müəllif xatırladır ki, Fransanın gündəlik nəşri olan “La Croix” qəzetinin mayın 28-dəki sayında Ermənistanın minalar qoymaqla məşğul olan döyüş mühəndislərinin olduğu bildirilib.

Zeynab Kazımova qeyd edir ki, Azərbaycan humanizm prinsipləri ilə hərəkət edərək indiyə qədər bəzi əsirləri Ermənistana verib. “Azərbaycan 44 günlük müharibədə əsir düşmüş 15 erməni əsgərini Ermənistanın Ağdam rayonunun 97 min tank əleyhinə və piyadaya qarşı mina xəritəsini vermək müqabilində azad edib. Ermənistan isə hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir. Torpaqlar azad edildikdən sonra Kəlbəcər rayonunun Başlıbel kəndində aşkarlanan kütləvi məzarlıq Ermənistanın törətdiyi müharibə cinayətlərinin və Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlılar haqqında məlumatların gizlədilməsinin bariz sübutudur”, – deyə məqalədə vurğulanır.

Jurnalist yazır ki, beynəlxalq humanitar hüquq qanunları insan əleyhinə mina istifadəsini qadağan edir. Zeynab Kazımova ərazilərin ermənilər tərəfindən minalanmasının 22 mülki və 100-dən çox yaralı daxil olmaqla, 25-dən çox insanın ölümünə səbəb olduğunu, bu yaxınlarda iki azərbaycanlı jurnalistin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışovun Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək həyatını itirdiklərini xatırladıb.

Müəllif təəssüflə vurğulayır ki, yalnız Ağdamdakı mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bir çox mina xəritələrini gizlədir və bu ölkənin yüksək vəzifəli şəxslərinin açıq şəkildə etiraf etdikləri kimi xəritələri Azərbaycana verməkdən imtina edir.

Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Anadolu” agentliyinə açıqlamasında səsləndirdiyi fikirlərə yer verən məqalə müəllifi yazır ki, nazir sərhəddəki gərginliyi dəyərləndirərək deyib: “Torpaqlarımız 30 ildir işğal altında olduğu üçün Azərbaycan sərhədlərinə nəzarət edə bilmirdi. Keçən il 44 günlük müharibə ilə ərazi bütövlüyümüzü bərpa etdik və Ermənistanla aramızda 398,7 kilometrlik sərhədə nəzarət təmin olundu. Tərəflər arasında sərhəd xətti məsələsində fikir ayrılığı, fərqli yanaşmalar var. Çünki sovet dönəmində sadəcə idarəedici sərhədlər vardı. Tərəflərdə xəritələr var və bu xəritələr bəzi yerlərdə fərqlilik göstərir. Azərbaycan məsuliyyətli davranır və sərhəddə daha böyük gərginlik olmaması üçün əlindən gələni edir”.

Müəllif yazır ki, Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin salonunda and içərək, BMT Baş katibi vəzifəsinə ikinci dəfə təyin olunan Antonio Quterreş, dünyanın çox dəyişdiyinə baxmayaraq, BMT-nin vədlərinə sabit qaldığını, ancaq ölkələrin birlikdə çalışmasının lazım olduğunu söyləyib. Jurnalist qeyd edir ki, BMT Azərbaycan da daxil olmaqla, ölkələrin suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyır. Ancaq Ermənistan həmişə olduğu kimi, Cənubi Qafqaz bölgəsinin inkişafına qarşı çıxmağa çalışır. “Ermənistanın manevrləri bölgədəki barışıq və əməkdaşlığı sabotaj etmək məqsədi daşıyır. Buna baxmayaraq, Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə Prezidenti Ərdoğan bölgənin “Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran arasında sülh və əmin-amanlıq bölgəsinə çevrilməsini arzuladı”, – deyə məqalə müəllifi vurğulayır.

Sonda Zeynab Kazımova qeyd edir ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazı sülhsevər bir bölgə halına gətirmək üçün bütün səylərini göstərərək bölgədəki bütün ölkələri bu əməkdaşlıq prosesinə cəlb etmək istəyirlər. Bu səbəbdən də Ermənistan üçtərəfli razılaşmanın qalan bəndlərinin yerinə yetirilməsinə diqqət yetirməli, sərhədlərin delimitasiyası və demarkasiyası işində əməkdaşlıq etməli və Zəngəzur dəhlizinin açılmasında iştirak etməlidir. Nəhayət, bütün Qarabağ ərazisinə qoyulmuş mina xəritələrini təhvil verməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb