QAN YADDAŞI


Fransa portalı Xocalı soyqırımından yazıb

Paris, 2 mart, AZƏRTAC

Fransanın “musulmansenfrance” portalında Xocalı soyqırımına dair yazı dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdən yazılıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin çıxışı video şəklində yayımlanıb.

Bildirilib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağı zəbt etmək məqsədilə erməni silahlı qüvvələri bir gecədə 106-sı qadın, 83-ü uşaq və 70-i ahıl olmaqla 613 mülki sakini qəddarlıqla qətlə yetirərək, Xocalını yer üzündən sildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, bu qətliam Xocalıya “Azərbaycan Oradur-sur-Qlanı” adı qazandırıb. Belə ki, fransız kəndi Oradur-sur-Qlanda 644 mülki sakin faşistlər tərəfindən qətlə yetirilib.

Ermənistanın tanıdığı və azərbaycanlıların hələ də ağır travma kimi yaşadıqları Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il fevralın 26-da yad edildiyi bildirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.