SİYASƏT


Fransa portalları Milli Assambleyada Azərbaycan qadınına həsr edilmiş konfransdan yazıb

Paris, 11 iyun, AZƏRTAC

“unesco.org”, “Moderndiplomacy.eu” portallarında və “saga6t.over-blog.com” saytında Fransa Milli Assambleyasında “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfrans haqqında məqalələr dərc olunub. Konfrans Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuşdu.

AZƏRTAC xəbər verir ki, məqalələrdə ölkəmizdə XIX əsrdən bu günədək qadınların asılılıqdan azadlıq məsələsindən, qadınlara səsvermə hüququnun verilməsi tarixindən bəhs olunub. Digər ölkələrdən fərqli olaraq, ölkəmizdə gender bərabərliyinin təminində kişilərin əsas rolu diqqətə çatdırılıb. 1900-cü ilin əvvəllərində ilk qızlar məktəbinin açılması, ilk qadın jurnalı “İşıq”ın, eləcə də ilk satirik Molla Nəsrəddin jurnallarının fəaliyyət göstərməsindən yazılıb. Bütün bu irəliləyişlərin qadınlara səsvermə hüququnun verilməsi ilə tamamlandığı bildirilib.

Məqalələrdə müasir dövrdə ölkəmizdə qadın hüquqları, gender bərabərliyi istiqamətində görülən işlərdən söhbət açılıb, ölkəmizdə bütün sektorlarda qadınların təmsil olunduğu diqqətə çatdırılıb.

Həmçinin ölkəmizin UNESCO-nun qızlarla bağlı proqramlarına verdiyi töhfədən bəhs olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.