SİYASƏT


Fransa qeyri-obyektivlikdən əl çəkməlidir

Paris, 13 noyabr, AZƏRTAC

Türkiyə hər zaman BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tətbiqini tələb edib. Ermənistan Türkiyə və Rusiya prezidentlərinə minnətdar olmalıdır, çünki onun ordusu uçurumun kənarında idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin “Beur” radiosuna müsahibəsində jurnalistin Fransanı bu münaqişədə Türkiyəni ittiham etməsi ilə bağlı sualına cavabında deyib.

Səfir bildirib ki, Fransa obyektiv olmalıdır. Azərbaycan regionun güclü dövlətidir. Fransa ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığımız var. Fransa qeyri-obyektivlikdən əl çəkməlidir.

Dağlıq Qarabağdakı ermənilərlə bağlı suala cavabında səfir deyib ki, 30 il əvvəl orada yaşayan azərbaycanlı və digər icmaların üzvləri erməni silahlı qüvvələri tərəfindən qovulub. Dağlıq Qarabağda yaşayan icmaların nümayəndələri yenidən doğma yurdlarına qayıdacaq və əvvəlki kimi etnik və çoxkonfessiyalı icma kimi yaşamaqda davam edəcəklər. Dağlıq Qarabağ tərəqqi edəcək və orada müxtəlif icmaların nümayəndələrindən ibarət Azərbaycan vətəndaşları birgə yaşayacaqlar.

Diplomat Azərbaycanın çoxkonfessiyalı, tolerant, dünyəvi ölkə olduğunu, qadınlara hələ 100 il əvvəl səsvermə hüququ verildiyini vurğulayıb. O, Azərbaycan tarixi haqqında da ətraflı məlumat verib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.