MƏDƏNİYYƏT


Fransa qəzeti azərbaycanlı pianoçudan yazıb

Bakı, 30 iyul, AZƏRTAC

Fransanın “Le Dauphiné Libéré” qəzetində bu ölkədə yaşayan Azərbaycan əsilli pianoçu Adilə Əliyevadan bəhs edən “Anmas: Adilə Əliyeva, musiqi naminə həyat” sərlövhəli məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ketrin Ponsenin qələmə aldığı məqalədə istedadlı soydaşımızın ömür yoluna və yaradıcılıq fəaliyyətinə nəzər salınıb. Onun beynəlxalq musiqi müsabiqəsini təsis etməklə Fransada tanındığı, bu yaxınlarda isə kavaler rütbəsi ilə “Fəxri Legion” ordeninə layiq görüldüyü barədə ətraflı məlumat verilib. “Yüksək səviyyəli laureatların çıxışları sayəsində ictimaiyyətdə populyarlıq qazanmış bu müsabiqə təxminən 20 il ərzində dünyanın hər yerindən onlarla gənc peşəkar pianoçunu toplayıb”, - deyə müəllif vurğulayıb.

Adilə Əliyevanı Fransanın mahir pianoçusu və tanınmış pedaqoqu adlandıran müəllif qeyd edib ki, məhz bu keyfiyyətləri, üstəlik, istedadlı gənclərə sadiqliyi onun iyulun 13-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən ali ordenlə təltif olunması ilə nəticələnib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva Bakıda anadan olub. O, uzun illərdir Fransanın Anmas şəhərində yaşayır. Azərbaycan musiqi irsinin dünyada təbliği, Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarmaq, tanıtmaq və təhsillərini xaricdə davam etdirmələri üçün şərait yaratmaq məqsədilə 1996-cı ildən etibarən mütəmadi təşkil etdiyi müsabiqə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.