SİYASƏT


Fransa radiosunda müsahibədən sonra dinləyicilər zəng edərək Azərbaycanı dəstəklədiklərini bildiriblər

Paris, 15 noyabr, AZƏRTAC 

Biz Azərbaycanın yanındayıq. Biz Azərbaycanı, onun ərazi bütövlüyünü dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, “Beur” radiosunun dinləyicilərinin redaksiyaya zəng edərək bildirdikləri bu fikirləri radionun jurnalisti onların xahişi ilə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevə çatdırıb.

Jurnalist qeyd edib ki, səfirin radioda müsahibəsindən sonra redaksiyaya yüzlərlə telefon zəngi olub. Radionun daimi auditoriyasının dinləyiciləri Azərbaycan həqiqətlərini öyrəndiklərini və ölkənin ərazi bütövlüyü uğrunda apardığı mübarizəsini dəstəklədiklərini, bu yolda Azərbaycan Ordusunun Qələbəsini alqışladıqlarını deyiblər.

Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev noyabrın 13-də “Beur” radiosunda Qarabağ həqiqətlərindən danışıb, Fransanı ölkəmizin haqq işində obyektiv olmağa çağırıb. Azərbaycan tarixindən və ərazi bütövlüyü uğrunda mübarizəsindən söz açan diplomat müzəffər Ordumuzun şanlı Qələbəsindən danışıb. Fransada erməni lobbisinin yerli mətbuatda Qarabağla bağlı yaydığı məlumatların saxta olduğunu deyib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.