CƏMİYYƏT


Fransa sahilləri delfinlərin məzarına çevrilib

Bakı, 19 mart, AZƏRTAC 

Bu ilin əvvəlindən Atlantik okeanının Fransa sahillərində rekord sayda ölü delfin tapılıb. AZƏRTAC bunu “The Local” nəşrinə istinadla bildirir.

“The Independent” isə yazır ki, iki müxtəlif tədqiqata görə, 2019-cu ilin ilk ayları ərzində çimərliklərdə 400-600 civarında ölü delfin tapılıb. “Sea Shepherd France” təşkilatının hesablamalarına görə, 2018-ci ildən sahilə 990 ölü delfin atılıb.

Bioloq Elen Peltye vəziyyəti şərh edərək deyib: “Bu rəqəmlər ötən ilin oxşar dövrünün məlumatları ilə müqayisə olunsa, ölü delfinlərin sayı ötən illərin, yeri gəlmişkən, bu illər üçün də rekord olan rəqəmlərindən çoxdur”.

Delfinlərin çoxunun sümükləri, üzgəcləri və ya quyruğu sınıb, bədənləri isə balıqçı torlarının açdığı yaralarla doludur. “Sea Shepherd France” təşkilatının fikrincə, bu regionda xanı balığı ovu delfinlərin kütləvi qırılmasının əsas səbəbidir. Heyvanlar təsadüfən traulerlərin toruna düşür və suyun altında hava çatışmazlığından tələf olur. Bəzi delfinləri macal tapıb azad edirlər, lakin yaralandıqları üçün çox vaxt tələf olurlar.

“Sea Shepherd France”nin hesablamalarına görə, ölü delfinlərin yalnız 20 faizi quruya atılır. Bu isə o deməkdir ki, tələf olmuş heyvanların sayı ildə 10 minə çata bilər. Təşkilat xanı balığının kürütökmə rayonlarında balıq ovunu və cavan balıq alverini qadağan etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.