DÜNYA


Fransa: “sarı jiletlilər”in növbəti aksiyasında 32 min nəfər iştirak edir

Bakı, 12 yanvar, AZƏRTAC

“Sarı jiletlilər”in bu gün Fransanın müxtəlif şəhərlərində keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir. Parisin küçə və meydanlarına isə 8 min etirazçı çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BFM telekanalı güc strukturlarından aldığı qeyri-rəsmi informasiyaya istinadla məlumat yayıb. Telekanal qeyd edir ki, ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım var. Bir həftə əvvəl ölkədə nümayişə 26 min, Parisdə isə 2 min nəfər çıxmışdı.

Hazırda Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanır. Polislər və jandarma onlara atılan daşlara gözyaşardıcı qaz və su şırnaqları tətbiq etməklə cavab verirlər.

Son məlumata görə, səhərdən indiyədək paytaxtda 59 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.