REGİONLAR


Fransa səfiri Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olub

Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Fransanın ölkəmizdəki səfiri Zakari Qros və səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkında olub.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov səfirə Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.

Sonra sənaye parklarının fəaliyyəti barədə videotəqdimat keçirilib.

Fransa səfiri və səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər, Parkın rezidenti “SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək sıxlıqlı polietilen müəssisələrində istehsal prosesi, Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.