İQTİSADİYYAT


Fransa şirkəti Ələt-Astara avtomobil yollarında ödəniş sistemi quraşdırmaq istəyir

Bakı, 22 oktyabr, AZƏRTAC

Fransa şirkəti Ələt-Astara avtomobil yollarında ödəniş sistemi quraşdırmaq istəyir.

Bu barədə “Rebuild Karabakh” sərgisi çərçivəsində “CIFAL” qrupunun prezidenti Jil Remi AZƏRTAC-a açıqlama verərkən deyib.

O bildirib ki, hazırda Azərbaycanda avtomobil yollarında ödəniş sistemlərinin qurulması ilə bağlı layihə təklif olunub. Layihədə M3 magistralı ilə bağlı təklif hazırlanıb.

“Bu layihənin reallaşdırılması qarşı tərəf üçün maliyyə baxımından da əlverişlidir. Belə ki, qısa müddət ərzində quraşdırılan ödəniş sistemi qoyulan pulu geri qaytarır”, - deyə CIFAL-ın prezidenti vurğulayıb.

Jil Remi diqqətə çatdırıb ki, layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim olunub və təklifə baxılıb, texniki baxımdan parametrləri uyğunlaşdırılıb. Layihənin maliyyəsi ilə də bağlı təkliflər verilib, müzakirələr aparılıb və razılıq əldə olunub. İki qurum arasında müqavilə imzalanarsa, layihənin reallaşdırılmasına başlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.