SİYASƏT


Fransa son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə gəlib çıxıb - Tarixçi

Bakı, 15 mart, AZƏRTAC

Fransa son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə gəlib çıxıb. Bu ölkədə Fransa Respublikası dəyərlərinə xas olmayan proseslər baş verməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Fransada islamofobiya” adlı aralıq sessiyada deyib.

O qeyd edib ki, Fransada müsəlmanlar üçün mühit yaxşı deyil.

“Onlar deyir ki, müsəlmanlar Fransa cəmiyyətini zəbt edib. Müsəlmanları, eyni zamanda, potensial terrorçu kimi görürlər, onlarla eyniləşdirirlər. Terror aktları baş verdikdə müsəlmanlara işarə edilməməlidir. Nəyə görə birinci müsəlmanlar haqqında düşünülür? Biz birlikdə yaşayırıq. Hamımız birlikdə islamofobiyaya qarşı mübarizə aparmalıyıq",- deyə Kamil Meziti əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.