DÜNYA


Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək

Paris, 26 sentyabr, AZƏRTAC

Fransanın təhsil naziri Jan-Mişel Blanke mətbuata müsahibəsində növbəti tədris ilindən təhsil sahəsində 1800 iş yerinin ləğv ediləcəyini bildirib. Bunlardan 400-ü inzibati işçi, 1400-ü isə kollec və lisey müəllimi olacaq. AZƏRTAC xəbər verir ki, nazir iş yerlərinin ləğv edilməsi nəticəsində Təhsil Nazirliyi büdcəsinin ildə 850 milyon avro artacağını deyib.

Xatırladaq ki, cari ilin avqust ayında Baş nazir Eduard Filip 2019-cu ildə ölkədə dövlət qulluğu sahəsində 4500, 2020-ci ildə isə 10 000 iş yerinin ləğv ediləcəyini bildirmişdi.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.