DÜNYA


Fransa və ABŞ prezidentləri sualtı qayıq böhranını müzakirə ediblər

Paris, 23 sentyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra bu ölkənin səfirinin gələn həftə Vaşinqtona qayıdacağı açıqlanıb. Prezidentlər etiraf ediblər ki, Fransa ilə ABŞ arasında açıq məsləhətləşmələr aparmaqla sualtı qayıq böhranından yayınmaq mümkün idi.

AZƏRTAC xəbər verir ki, bu, Avstraliyanın Fransadan sualtı qayıqların alınması ilə bağlı müqaviləni ləğv etməsindən sonra Fransa və ABŞ dövlət başçıları arasında ilk telefon danışığı olub. Telefon danışığından sonra Emmanuel Makron səfirini gələn həftə Vaşinqtona qaytarmaq qərarına gəlib.

Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, prezidentlər etimadı təmin etmək və ortaq məqsədlərə çatmaq üçün konkret tədbirlər təklif etmək üçün geniş məsləhətləşmələr prosesinə başlamaq qərarına gəliblər. Dövlət başçılarının görüşü oktyabrın sonuna planlaşdırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.