İDMAN


Fransa və Polşa milli komandalarının start heyətləri açıqlanıb

Fransa və Polşa milli komandalarının start heyətləri açıqlanıb

Bakı, 4 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində üz-üzə gələcək Fransa və Polşa milli komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Al Tumama” stadionunda oynanılacaq matçda Fransa yığmasının start heyətində Uqo Loris, Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele və Olivye Jiru yer alıblar.

Polşa millisinin heyətində isə meydana Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski, Pyotr Zelinski, Sebastian Şimanski və Yakub Kaminski çıxacaqlar.

Venesuelalı FIFA referisi Xesus Valensuelanın idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.