DÜNYA


Fransa xislətinə sadiq qalır – minlərlə insanın ölümünə biganə münasibət

Fransa xislətinə sadiq qalır – minlərlə insanın ölümünə biganə münasibət

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 6-da qardaş Türkiyədə baş verən güclü zəlzələlər minlərlə insanın ölümünə, on minlərlə insanın yaralanmasına, şəhərlərin yerlə-yeksan olmasına gətirib çıxarıb. Başda Azərbaycan olmaqla, dünya dövlətləri, beynəlxalq təşkilatlar Türkiyəyə öz yardımlarını göstərirlər. Belə bir məqamda hər vəziyyətdə Ermənistandan daha çox Ermənistan olmaqla diqqət çəkən Fransa yenidən öz xislətini göstərib.

AZƏRTAC xəbər verir ki, Fransanın türk-müsəlman düşmənliyi ilə seçilən “Çarli Hebdo” jurnalının tviter hesabında Türkiyədə dağılan binaların, çevrilmiş avtomobillərin əks olunduğu karikatura paylaşılıb. Daha əvvəllər Məhəmməd peyğəmbərin karikaturasını çəkib yayımlayan jurnal indi də bu sərsəm addımı ilə diqqətləri öz üzərinə çəkməyə çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.