DÜNYA


Fransada 18 avtomobil toqquşub, 8 nəfər yaralanıb

Bakı, 5 yanvar, AZƏRTAC

Fransanın cənub-qərbində 18 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb.

AZƏRTAC France Bleu radiostansiyasına istinadla xəbər verir ki, xəsarət alanların 4-nün, o cümlədən 4 yaşlı uşağın vəziyyəti ağırdır.

Yol polisinin məlumatına əsasən, Jironda departamentində qeydə alının qəzaya yol örtüyünün buz bağlaması səbəb olub. Nəticədə 13 minik avtomobili və 5 yük maşını toqquşub.

İnsident, həmçinin yolda tıxacların yaranmasına və regionda avtomobillərin hərəkətinin çətinləşməsinə gətirib çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.