DÜNYA


Fransada Avropa seçkilərinin ilkin nəticələri elan edilib

Paris, 27 may, AZƏRTAC

İlkin hesablamalara görə, Fransada keçirilən Avropa seçkilərində Milli Birlik Partiyası (Rassemblement National) 24 faiz səs toplayaraq İrəli Respublika Partiyasından öndə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, üçüncü yerdə Ekologistlər Partiyası gəlir.

Fransada Avropa seçkilərində 2014-cü illə (42.43 faiz) müqayisədə seçicilərin iştirakında artım (51.3 faiz) olub. Ümumilikdə, seçicilər 2686 namizəd arasından seçimlərini ediblər. Fransa 79 avrodeputatla Almaniyadan (96) sonra ikinci yeri tutur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.