DÜNYA
Fransada EDF energetika kampaniyasının milliləşdirilməsi prosesi başlayıb
Paris, 5 oktyabr, AZƏRTAC
EDF energetika kompaniyasının milliləşdirilməsinə yenidən başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Maliyyə Bazarlarına Nəzarət Təşkilatı (AMF) rəsmi olaraq kommunike vasitəsilə məlumat verib.
Bildirilib ki, nüvə enerjisini yenidən inkişaf etdirmək istəyən fransız hökuməti 18 il bundan əvvəl özəlləşdirilmiş EDF energetika kampaniyasının yenidən milliləşdirilməsi prosesi başlayıb. Hökumət EDF kampaniyasının 100 faiz dövlətin nəzarətinə keçməsini istəyir.
Hazırda kampaniyanın səhmlərinin 84 faizi dövlətə məxsusdur, ancaq qalan 16 faiz payın hər bir səhminin 12 avroya alınması təklif olunur. Dövlət kampaniyanın 16 faizini əldə etmək üçün digər auksionerlərə 9,7 milyard avro ödəməli olacaq.
Dövlət EDF kampaniyasını yenidən milliləşdirməklə 6 yeni nəsil EPR reaktorunun tikintisini planlaşdırır.
Xatırladaq ki, Fransa prezidenti E. Makron Lük Remonu EDF kampaniyasının yeni baş direktoru təyin edib, ancaq bu təyinat parlament tərəfindən təsdiqlənməlidir.
Cari ilin sonunadək EDF kampaniyasının borcunun rekord rəqəmə 60 milyard avroya çatacağı gözlənilir.
Paris