İDMAN


Fransada Formula 1 yarışlarının auditoriyası 10 dəfədən çox azalıb

Bakı, 20 yanvar, AZƏRTAC 

Formula 1 yarışlarının dördqat dünya çempionu Alen Prost bildirib ki, turnirin yayımı pullu olandan sonra Fransada bu seriyanın tamaşaçılarının sayı 10 dəfədən çox azalıb.

AZƏRTAC “championat.com” saytına istinadla xəbər verir ki, indi Fransada bütün yürüşlər pullu "Canal Plus”da nümayiş etdirilir. İdmanın bu növünün yalnız üç yürüşü TF1-də pulsuz işıqlandırılır.

“SpeedWeek” Alen Prostun bu sözlərini sitat gətirib: “Əvvəllər Fransada 8 milyon tamaşaçı TF1 kanalına baxırdı. İndi yayım hüququ “Canal Plus”a verildiyi üçün həmin rəqəm 750 min tamaşaçı təşkil edir. Əgər nə isə pullu televiziyaya keçirsə, bax bu şəkildə işləyir”.

Gələn mövsümdə pelotonda üç fransız pilot olacaq: Pyer Qasli, Romen Qrojan və Esteban Okon.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.