DÜNYA


Fransada Lion universitetinin binası yanıb VİDEO

Bakı, 17 yanvar, AZƏRTAC

Bu gün səhər saatlarında Fransada Lion universitetinin kampusunda yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BFMTV telekanalı yayıb. Telekanalın bildirdiyinə görə, əvvəlcə kampusdakı binaların birinin damı yanmağa başlayıb, sonra terrasda saxlanılan bir neçə qaz balonu partlayıb. Binadakı insanlar təxliyə edilib və yanğın nəzarət altına alınıb. Tələbə şəhərciyindəki bir neçə binaya giriş məhdudlaşdırılıb.

Universitetin Twitter səhifəsində hadisə zamanı üç nəfərin yüngül xəsarət aldığı barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.