DÜNYA


Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir VİDEO

Paris, 19 yanvar, AZƏRTAC

Fransada “sarı jiletlər” hərəkatının növbəti etiraz aksiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, hökumət tərəfindən milli debatların başlanmasına baxmayaraq, etiraz aksiyaları səngimir. Aksiyaçılar Parisdə bir neçə yerdə toplaşacaqlarını bildiriblər. Aksiyanın əsas nümayəndələrindən biri Erik Drue “les İnvalides” hərbi muzeyi qarşısında toplaşmağa çağırıb. Nümayişçilərin İtaliya meydanına doğru irəliləyəcəyi gözlənilir. Digər qruplar isə Bastiliya meydanında toplaşacaqlarını bildiriblər.

İctimai asayişi qorumaq məqsədilə ölkə üzrə 80 min, Parisdə isə 5 min polis səfərbər edilib. “Sarı jiletlər”in Facebook səhifəsində 27 min insanın etiraz aksiyası ilə maraqlandığı qeyd edilib, 2300 nəfər isə aksiyada iştirak edəcəyini bildirib.

Qeyd edək ki, polisin aksiyaçılara qarşı rezin güllələrdən istifadə etməsi nəticəsində nümayişçilərin bəzilərinin ciddi şəkildə yaralanması, görmə qabiliyyətini itirməsi ölkədə böyük əks-səda doğurub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.