DÜNYA


Fransada dövlət və din əlaqələrində hansı dəyişikliklər gözlənilir

Paris, 6 noyabr, AZƏRTAC 

Fransa Prezidenti Emmanuel Makron Dövlət və Kilsə ayrılığına dair 1905-ci il qanununda islahatlar aparmağı nəzərdə tutur.

AZƏRTAC Fransa KİV-lərinə istinadla xəbər verir ki, 1905-ci il qanununda dəyişikliklər aparılmasında məqsəd ibadət yerlərini idarə edənlərin məsuliyyətini artırmaq, normalardan uzaqlaşmağın qarşısını almaq və xarici təsirləri azaltmaqdır. Bununla bağlı qarşıdan gələn həftələrdə bütün dinlərin nümayəndələrinin iştirakı ilə məsləhətləşmə aparılacağı gözlənilir.

Hazırda Fransada 4000 mədəniyyət assosiasiyası 1905-ci il qanununun xüsusi qaydaları ilə əhatə olunur və yalnız assosiasiya statusu üçün 1901-ci il qanununa tabedir. Ancaq bəzi assosiasiyalar, xüsusilə də İslam dini üzrə assosiasiyalar yalnız 1901-ci il ümumi qanununa tabedir. Məqsəd bu assosiasiyaları vergi imtiyazlarından bəhrələnmək üçün mədəniyyət assosiasiyası statusu seçməyə təşviq etməkdir. Bu halda onlar bir çox öhdəliklərə tabe olacaqlar. Mədəniyyət assosiasiyaları kimi, onlar maliyyə yardımı ala biləcək, binalara sahib olacaq və onları idarə etməklə qazanc əldə edə biləcəklər. Bununla da belə assosiasiyaların müstəqilliyi təmin ediləcək və onların xarici təsirlərə məruz qalmasının qarşısı alınacaq.

Bu perspektivdə dini assosiasiyalar dövlətdən subsidiyalar ala biləcək. Xarici ölkələrdən yalnız 10 min avronu keçməmək şərti ilə ianə qəbul etmək mümkün olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.