MƏDƏNİYYƏT
Fransada dünyanın ilk teleserial məktəbi açılıb
Bakı, 31 avqust, AZƏRTAC
Fransanın Lil şəhərində gələcəyin teleserial rejissorlarını yetişdirmək üçün dünyanın ilk kino məktəbi açılıb. Təntənəli açılış mərasimi “Series Mania” festivalı çərçivəsində keçirilib. Bu barədə “France Bleu” radiosu məlumat yayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, məktəb “Fransa Televisions” holdinqi və Fransanın ən böyük özəl “TF-1” telekanalının bir qolu olan “Newen” şirkəti tərəfindən yaradılıb.
Mərasimdə çıxış edən kino məktəbin idarə heyətinin sədri Rodolf Bolmer bildirib ki, qarşısında Lil şəhərini Avropanın teleserial paytaxtına, bu janrda çəkilən filmlərin tədqiqatı, təhlili və istehsalı mərkəzinə çevirmək vəzifəsi durur. Avropa teleserial sektoru hazırda inkişaf dövrünü yaşayır və bu, əsasən rəqəmsal texnologiyaların inkişafı ilə bağlıdır.
Qeyd edək ki, kino məktəbi üç istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamətdə artıq Avropa kino məkanında çalışan 10 peşəkar 14 həftə ərzində nəzəri və praktiki kurs keçəcək. İkinci istiqamət magistr diplomu əldə etməyə imkan verəcək. Bu zaman tələbələr tarix, iqtisadiyyat, hüquq və dramaturgiyanın əsaslarını öyrənəcəklər. Bu kurs Lil şəhərindəki Siyasət Elmləri Məktəbinin bazası əsasında hazırlanıb. Üçüncü istiqamət lisey, kollec və digər təhsil ocaqlarının şagird və tələbələri üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]