DÜNYA


Fransada ərzaq məhsullarının qiyməti artmaqda davam edir

Fransada ərzaq məhsullarının qiyməti artmaqda davam edir

Paris, 1 aprel, AZƏRTAC

Fransada ərzağın qiymətində illik ifadədə 15,6 faiz artım qeydə alınıb və qiymətlər hazırda da artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Statistika və iqtisadi tədqiqatlar milli İnstitutunun (İNSEE) məlumatına görə, bahalaşmanın əsas səbəbi 2022-ci il fevralda Ukraynada münaqişənin başlamasından dərhal sonra enerji daşıyıcılarının qiymətlərinin 30 faiz yüksəlməsidir. Cari ilin fevralında isə qiyməti 14,1 faiz artıb.

Statistika İnstitutu bildirir ki, il ərzində təzə ərzaq məhsulların qiymətlərində daha çox -16,6 faiz bahalaşma müşahidə olunub. INSEE mart ayı üçün yekun qiymətləndirməsini aprelin ortalarında dərc etməlidir.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.