DÜNYA
Fransada fəaliyyət göstərən qurumlardan işçilərin sayına uyğun 10 həftəlik maska ehtiyatı olması tələb ediləcək
Paris, 2 iyul, AZƏRTAC
Fransada COVID-19 epidemiyasının ikinci dalğasına hazır olmaq məqsədilə bütün qurumlardan işçi heyətlərinin sayına uyğun olaraq 10 həftəlik tibbi maska ehtiyatı tələb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat üzrə dövlət katibi Anyes Panye-Runaşer Senatda keçirilən dinləmədə bildirib. O deyib ki, virus yenidən yayılmağa başlayarsa, insanları vaxtında maska ilə təmin etmək lazımdır.
Dinləmələrdə, həmçinin ölkədə epidemiyanın geniş yayıldığı vaxtda bir çox müəssisələrin öz istehsallarını dayandıraraq maska istehsalına başladıqları və bir çox müəssisələrdən maska sifarişi aldıqları barədə fikirlər səsləndirilib. Bildirilib ki, bu gün həmin sifarişlərin çoxu ləğv olunduğundan aidiyyəti müəssisələr çətin vəziyyətdə qalıb. Dövlət katibi maska sifarişlərini ləğv edən yerli kollektivləri məsuliyyətli olmağa çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]