DÜNYA


Fransada hava limanlarının işçiləri tətil edir

Paris, 1 iyul, AZƏRTAC

Parisin Şarl- dö-Qol (Charles-de- Gaulle-CDG) və Orli (Orly) da daxil olmaqla Fransa hava limanları bu həftə sonu tətil edir. Ölkədə həftəsonu səhər saat 7-dən günorta saat 14:00-dək uçuşların 17 faizi ləğv ediləcək.

AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyasından sonra yüksək inflyasiya fonunda Fransa hava limanlarının əməkdaşları tətil edirlər. Yanğınsöndürənlər artıq tətilə çıxdıqları üçün CDG hava limanında profilaktik tədbirlər fonunda gündəlik uçuşların 10 faizi ləğv edilib.

Həmkarlar ittifaqları hava limanı platformalarının işçilərini çoxsektorlu tətilə qoşulmağa çağırıblar. Bu gün CDG və Orli hava limanlarının bəzi terminalları qarşısında nümayiş nəzərdə tutulub. Tətilçilər əməkhaqqının cari ilin yanvarın 1-dən əvvəl olan 6 faiz artımı tələb edirlər. Rəhbərlik isə iyulun 1-dən yalnız 3 faiz artım təklif edir ki, bu da işçiləri tətil etməyə sövq edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.