DÜNYA


Fransada həftəsonu koronavirusa 19 min 600 yeni yoluxma qeydə alınıb

Paris, 2 avqust, AZƏRTAC

Fransada reanimasiya şöbələrində koronavirus xəstələrinin sayı 1139-a çatıb. Son 24 saatda reanimasiya şöbələrinə 69 yeni ağır xəstə daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, son günlər xəstəxanalarda və reanimasiya şöbələrində koronavirus xəstələrinin sayı artmaqdadır. Xəstəxanalarda virus xəstələrinin sayı 7581-ə çatıb. Son 24 saatda tibb müəssisələrinə 312 yeni koronavirus xəstəsi daxil olub. Həftəsonu ölkədə ümumilikdə 19 min 600 yeni yoluxma qeydə alınıb. Ölkədə virus qurbanlarının ümumi sayı 111 min 916-ya çatıb.

Fransa səhiyyə naziri Olivye Veran ölkədə epidemiya ilə bağlı vəziyyətin çox həssas və qeyri-müəyyən olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, son günlər Fransada “Pfizer” və “Moderna” peyvəndlərinin qiymətləri artaraq müvafiq olaraq 15,50 avrodan 19,50 avroya və 19 avrodan 21,50 avroya qalxıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.