DÜNYA


Fransada iqtidar partiyasının namizədləri parlament seçkiləri üçün 12 bəndlik xartiya imzalamalıdırlar

Paris, 13 may, AZƏRTAC

Fransanın iqtidar partiyasından parlament seçkilərinə namizədlər iştirak üçün 12 bənddən ibarət xartiya imzalamalıdırlar.

AZƏRTAC xəbər verir ki, iqtidar partiyası adından parlament seçkilərinə qoşulacaq namizədlər 12 bənddən ibarət xartiyanı imzalamağa məcburdurlar. Bu bəndlər arasında nümunəvilik, dünyəvilik, eləcə də “siyasi qalibiyyət” və Emmanuel Makrona dəstək kimi məsələlər də yer alıb. 12 bəndlik xartiya siyasi etika qaydaları əsasında hazırlanıb. Bu qaydalara əsasən, namizədlər prezident seçkilərinin iki turu çərçivəsində Emmanuel Makronun fransızlar qarşısında götürdüyü bütün öhdəlikləri dəstəkləməyə dəvət olunur.

Namizədlər, həmçinin 1905-ci il 9 dekabr tarixli Qanunun sərt çərçivəsi daxilində dünyəviliyi müdafiə etməlidirlər. Yəni, namizədlər heç bir inanca və ya dinə üstünlük, eləcə də ayrı-seçkiliyə yol verməməlidirlər. Eyni zamanda, namizədlər siyasi düşərgənin namizədi olmağı yox, öz dairələrinin bütün vətəndaşlarını təmsil etməyi öhdələrinə götürürlər.

Şəhla Ağalarova

AƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.