DÜNYA


Fransada karantin rejiminin tətbiqi üçün bu həftə həlledici əhəmiyyət daşıyır

Paris, 2 mart, AZƏRTAC

Martın ilk həftəsi Fransada təcrid olunma rejiminin yenidən tətbiq edilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Hökumət bu həftənin sonunda təcrid olma rejimi ilə bağlı qərara qəbul etməlidir.

AZƏRTAC xəbər verir ki, Fransa Tenon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin direktoru koronavirusa yoluxma sayının artmasının qaçılmaz olduğunu bildirib. Fransa hökuməti isə qeyd edib ki, təcrid olma rejimsiz keçən hər gün qazanılmış gündür, itirilmiş gün deyil. Səhiyyə üzrə baş direktor Jerom Salomon bildirib ki, əgər hamı səfərbər olarsa, təcrid olma rejimsiz ötüşmək olar. Bəzi mütəxəssislər isə qarşıdan gələn günlərdə Fransada yoluxma sayının 50 minə çatacağını ehtimal edirlər. Ölkədə koronavirusa yeni yoluxanlar arasında yeni Britaniya ştammının əksəriyyət təşkil etdiyi və yeni ştammın sürətlə yayıldığı bildirilir. Artıq ölkənin 20 departamentində vəziyyət gərginləşdiyi üçün gücləndirilmiş nəzarət tətbiq olunur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.