REGİONLAR


Fransada keçirilən konfransda Naxçıvanda formalaşan qədim sivilizasiya barədə elmi məruzələr dinlənilib

Naxçıvan, 15 may, AZƏRTAC

Fransanın Lion şəhərində mayın 14-15-də Araz vadisinin qədim mədəniyyətlərinə həsr olunmuş “Araz çayı son preistoriya dövründə (körpü, yoxsa sərhəd)” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Fransa Milli Araşdırmalar Mərkəzi və İran İslam Respublikasının Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Naxçıvanla bağlı geniş araşdırmalar aparan arxeoloqlar - dosent Katerine Maro, Savaş Sarıaltun, Nikolas Gailhard və Marie Orange Naxçıvanın qədim sivilizasiya məkanı olmasına dair məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçıları Naxçıvantəpədəki arxeoloji qazıntılar, Sirabçay vadisinin abidələri, Duzdağ və obsidianların tədqiqi ilə bağlı elmi faktları maraqla dinləyiblər.

Məruzələrin tezisləri üz qabığında Naxçıvanın panoramı yer alan kitabçada nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.