DÜNYA


Fransada koronavirusdan ölənlərin sayı 31 mindən çoxdur

Paris, 17 sentyabr, AZƏRTAC

Fransada Sars-CoV-2 virusuna son sutka ərzində 9 min 784 yeni yoluxma qeydə alınıb.

AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, son 24 saat ərzində xəstəxanaya 649 koronavirus xəstəsi daxil olub ki, onlardan 100-ü reanimasiya şöbələrinə yerləşdirilib.

Ölkədə aşkarlanın 862 qrup yoluxmasından 77-si son sutka ərzində aşkarlanıb.

Son gün ərzində 49 ölüm faktı qeydə alınmaqla, COVID-19 epidemiyası qurbanlarının ümumi sayı 31 min 45-ə çatıb.

Ölkədə COVID-19 epidemiyasına görə 81 tədris müəssisəsi bağlanıb. “Elabe” şirkətinin apardığı sorğunun nəticələrinə görə fransızların 50 faizi düşünür ki, koronavirus epidemiyasının qarşısını almaq üçün hökumət kifayət qədər ehtiyat tədbirləri görmür. Fransızların 62 faizi epidemiyaya qarşı mübarizədə icra orqanlarına etibar etmir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.