DÜNYA


Fransada koronavirusun Hindistan ştammı aşkarlanıb

Paris, 30 aprel, AZƏRTAC

Fransada COVID-19-un Hindistan ştammı aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Regional Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, Fransa səhiyyə naziri Olivye Veran ölkədə Hindistan ştammının olmadığını desə də, Lot–et –Garonne departamentində Hindistan ştammının olduğu təsdiqlənib.

Tuluz şəhərində də Hindistandan gələn və yenidən xaricə getmək üçün testdən keçən pasiyentdə bu ştamm aşkarlandığı bildirilib. Həmin pasiyentlə bağlı retro-izlənilmə, onun təcrid edilməsinə dair qaydalar tətbiq olunub. Digər sakinlərin müdafiəsi ilə bağlı tədbirlər görülüb. Hindistan ştammı Bordo şəhərində də aşkarlanıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.