DÜNYA


Fransada koronavirusun yeni ştammları ilə bağlı protokol qaydaları sərtləşdirilib

Fransada koronavirusun yeni ştammları ilə bağlı protokol qaydaları sərtləşdirilib

Paris, 9 fevral, AZƏRTAC

Fransada koronavirusun Britaniya, Braziliya və ya Cənubi Afrika kimi yeni ştammları ilə bağlı məhdudiyyət qaydaları sərtləşdirilib.

AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxan şəxslər 36 saat ərzində virusun yeni ştamlarının müəyyən edilməsi məqsədilə yenidən test olunmalıdırlar. Eyni zamanda, yeni ştamma yoluxan xəstələr üçün karantin müddəti 10 günədək uzadılıb. Virusun yeni ştammlarına yoluxanlar karantindən çıxmaq üçün yenidən sistematik olaraq test ediləcək. Yeni ştammlara yoluxan xəstələr protokola riayət etmək imkanı olmadıqda onlara qalmaq üçün xüsusi karantin yerləri təklif olunacaq. Yeni ştamlara yoluxma halları ilə bağlı məktəblərdə də protokol qaydaları sərtləşdirilib. Parça maskalara qadağa qoyulub. Val-d’Uaz (Val-d‘Oise) departamentində virusun yeni ştammı aşkarlanmış kollec martın 1-dək bağlanıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.