DÜNYA


Fransada koronavirusun yeni ştammları sürətlə yayılır

Paris, 12 fevral, AZƏRTAC

Fransada koronavirusa yoluxanların 25 faizi Britaniya ştammına, 5 faizi isə Cənubi Afrika və Braziliya ştammına yoluxanlardır. Koronavirusun yeni ştammları Mozeldə yoluxanların 40 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri məlumat yayıb. Nazir koronavirusun yeni ştammının tüğyan etdiyi Şimal departamentinə gedib.

Ölkədə məktəblər bağlı elan olunmasa da, koronavirusa görə bağlanan siniflərin sayı 1599-a çatıb. Həftəsonu komendant saatının yerli vaxtla saat 14:00 və ya 16:00-dan başalayacağı bildirilir.

Bundan başqa, bəzi müəssisələrdə intensiv fəsadlar yaratdığı üçün “AstraZeneca” peyvəndindən istifadə müvəqqəti dayandırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.