DÜNYA


Fransada liberal peşə sahibləri yeni pensiya islahatına qarşı etiraz edib

Paris, 17 sentyabr, AZƏRTAC

Fransada liberal peşə sahibləri- vəkillər, kineziterapevtlər, pilotlar, təyyarə bələdçiləri, tibb bacıları, yeni pensiya islahatlarına qarşı nümayiş keçiriblər.

AZƏRTAC xəbər verir ki, nümayişçilər əvvəlki 42 pensiya rejiminin ümumi rejimlə əvəz olunmasına etiraz edirlər.

Liberal peşə sahibləri SOS-Pensiya adlı qrupla birləşiblər. “Biz vəkillər, təyyarə bələdçiləri və pilotlar, liberal peşə sahibləri-həkimlər, paramedsina, cərrahlar, kineziterapevtlər, birlikdə 700 min nəfərik və hər gün həmvətənlilərimizin sağlamlıqlarının qeydinə qalır, onları müdafiə edir və nəqliyyat xidmətlərini yerinə yetiririk. Biz Delevoyenin oensiya islahatlarına dair təkliflərinin əleyhinə birləşirik”,-deyə “Journal du Diıanche” qəzetinə göndərdikləri məktubda yazıblar.

Nümayişçilər əvvəlki xüsusi pensiya rejimini tələb edirlər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.