DÜNYA


Fransada liseylərdə də nümayiş başlayıb

Paris, 3 dekabr, AZƏRTAC 

Fransanı bürüyən etiraz aksiyalarına ölkənin liseyləri də qoşulub. Təhsil Nazirliyi bir çox liseylərin bağlandığını bildirib. “Sarı jilet”lər etiraz aksiyasını dəstəkləyən şagirdlər orta məktəb və liseylərlə bağlı irəli sürülən islahatlara etirazlarını bildirirlər.

AZƏRTAC xəbər verir ki, bu gün səhər Baş nazir E.Filip böhrandan çıxmaq yollarını müzakirə etmək üçün bir çox siyasi partiyaların nümayəndələri ilə görüşüb.

Yanacaq vergisinin artması ilə bağlı qərar dekabrın 4-də Milli Assambleyada və dekabrın 5-də Senatda müzakirə olunacaq.

Xatırladaq ki, “Sarı jilet”lərin etiraz aksiyası 17 gündür davam edir. Sosial şəbəkələrdə etirazçılar dekabrın 8-də aksiyanın dördüncü mərhələsinə başlamağa çağırış ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.