DÜNYA


Fransada məktəb və kolleclərdə smartfon və noutbuklardan istifadə qadağan edilib

Bakı, 1 avqust, AZƏRTAC

Fransa parlamenti tərəfindən qəbul edilmiş qanun məktəb və kolleclərdə müəyyən elektron qurğuların istifadəsini qadağan edir. 62 deputat qanun layihəsinin lehinə, 1 deputat isə əleyhinə səs verib.

AZƏRTAC “itc.ua” saytına istinadla xəbər verir ki, yeni qanun təhsil müəssisələrində smartfon, planşet, noutbuk və hətta “ağıllı” saat daxil olmaqla istənilən elektron qurğudan istifadəni qadağan edir. Lakin əlil uşaqlar üçün elektron cihazlardan istifadəyə dair istisnalar nəzərdə tutulub. Qanun, həmçinin təhsillə bağlı, amma açıq havada keçirilən tədbirlərdə (məsələn, idman tədbirləri) elektron qurğulardan istifadəni qadağan edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.