Fransada nəqliyyat sahəsində çalışan işçilər tətil ediblər
AzerTAg.az
Paris, 6 iyul, AZƏRTAC
Fransada bütün nəqliyyat növləri üzrə işçilər tətil edirlər.
AZƏRTAC xəbər verir ki, onlar inflyasiya ilə bağlı əməkhaqlarının artırılmasını tələb edirlər.
Ölkədə hər iki qatardan birinin hərəkəti dayandırılıb. Regionlara gedən hər 5 qatardan 2-si ləğv edilib. Ölkədə hərəkət iflic vəziyyətinə düşüb.
Həmkarlar İttifaqının Dəmir yol işçiləri Federasiyasının baş katibi bildirib ki, əməkhaqqı ilə bağlı tələblər aidiyyəti orqanlar tərəfindən eşidilmədiyi təqdirdə, yay müddətində, xüsusilə də sentyabrdan digər tədbirlərə də əl atıla bilər. Dəmir yolu üzrə dörd həmkarlar ittifaqı tələblərinin yerinə yetirilməsi üçün bütün dəmir yol işçilərini tətil etməyə çağırıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin mətnində orfoqrafik səhv var